![photo](https://www.rekord.az/storage/uploads/4/sabirabad1.jpg)
Sabirabad və İsmayıllının qızlar komandası yoldaşlıq görüşü keçirib
- 06 Sen 2023 15:45
- 493
Mil-Muğan Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman və Şahmat məktəbinin qızlardan ibarət futbol komandasının formalaşdırılmasına start verilib.
Rekord.az xəbər verir ki, məqsəd Sabirabad rayonunun qızlardan ibarət futbol komandasının ən yaxın zamanda inkişafa nail olması və çempionatdakı iştirakını təmin etməkdi.
Bu məqsədlə Sabirabadın qızlardan ibarət komandası İsmayıllı rayonun qızlardan ibarət futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Sabirabadda keçirilən görüşü valideynlər də izləyib. Mil-Muğan RGİİ-nin rəisi, MƏRKƏZ RFF İB-nin Prezidenti Nadir Quliyev oyundan öncə futbolçularla görüşüb. Nadir Quliyev hər iki komandaya gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra xatirə fotosu çəkdirilib.