Mil-Muğan Regional Gənclər və İdman idarəsinin təşəbbüsü ilə cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında Sabirabad rayon birinciliyi keçirilib

Rekord.az xəbər verir ki, Azərbaycan Dövlət himninin səslənməsi ilə başlanan yarışda, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İnzibati-təşkilati sektorunun müdiri Hikmət Bağırlı çıxış edərək idmançılara uğurlar arzulayıb

Yarışda ümumilikdə 70 yeniyetmə idmançının iştirak ilə hər çəki dərəcəsində I, II və III yerləri tutan güləşçilər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Yarışın sonunda idmançılarla birlikdə xatirə fotosu çəkilmişdir.