Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin idman sektorunun təşkilatçılığı ilə Sabirabad rayonunda yerləşən "Zərbə karate do" idman klubunda karate üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, idmançılar karate döyüş növü üzrə təcrübəli məşqçi-müəllim Amid Əlizadənin rəhbərliyi ilə, müxtəlif fəndlər yerinə yetirmiş, karate üzrə nümunəvi çıxışlar və katalar nümayiş etdirmişlər. İdman tədbirinin təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında karate idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir