![photo](https://www.rekord.az/storage/uploads/4/mugan1.jpg)
Sabirabadda “Sağlam Məhəllə”də mini-futbol turnirinin final mərhələsi keçirilib.
- 04 Avq 2023 11:45
- 380
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayonunda “Sağlam Məhəllə”də uşaqlar arasında mini-futbol turnirinin final mərhələsi keçirilib.
Rekord.az xəbər verir ki, final mərhələsində iştirak edən məhəllə komandaları arasında keçən turnirin qalibləri müəyyən olunub.
Qaliblər Mil-Muğan RGİİ-nin diplomları ilə təltif olunub.
Turnirin qaliblərinin təltif etmə mərasimində, Mil-Muğan Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Qiyasov və rayon Uşaq Gənclər, İdman-Şahmat məktəbinin direktoru Cəfər Teyfi-İbadzadə iştirak edib.