Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.

Rekord.az xəbər verir ki, təmsilçimiz Honq Yu Yanqla (Çin) qarşılaşıb.

Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Olimpiada avqustun 11-də başa çatacaq.