Şabran şəhər Mərkəzi stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şabran UGİM-in futbol bölməsi ilə Sumqayıtın "EFA" komandaları arasında minifutbol idman növü üzrə turnir keçirilmişdir.

Rekord.az xəbər verir ki, U-10, U-11 və U-12 komandalarımızın hazırlıq səviyyəsini yoxlamaq məqsədilə keçirilmiş turnirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər Nəriman Əzimov, Ülvi Rza, Kamran Mehtiyev və 70 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

Turnir Sumqayıt şəhərindən gəlmiş qonaqlar və rayon sakinləri tərəfindən maraqla izlənilmişdir.