Şabran şəhəri "Bayraq meydanı" stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş U-10, U-11, U-12 və U-13 yaşlı yeniyetmələrdən ibarət Sumqayıt və Şabran şəhər komandaları arasında minifutbol idman növü üzrə yoldaşlıq oyunları keçirilmişdir.

Rekord.az xəbər verir ki, komandalar oyunlara başlamazdan əvvəl Şabran şəhərində Şəhidlər xiyabanını ziyarət etmişlər.

8 noyabr - Zəfər Gününün qeyd edilməsi, yeniyetmələrin idmanın bu növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması və yeniyetmələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə keçirilmiş idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar məqami, məşqçi-müəllimlər və 60 nəfər həvəskar idmançı iştirak etmişdir.