Şabrandakı Ağsaqqallar Evində rayon Gənclər və İdman İdarəsi və rayon UGİŞM-in birgə təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq, "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş şahmat üzrə 6, 8 və 10 yaşlı oğlan və qızlar arasında Açıq rayon birinciliyinin açılışı keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdən əvvəl respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yarışı giriş sözü ilə açan Azərbaycanın əməkdar məşqçi müəllimi Şabran rayon UGİŞM-in direktoru Zeynal Zeynalov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və son illərdə dövlətimiz tərəfindən şahmata olan diqqət və qayğısından bəhs etdi.

Yarışın final mərhələsi 12 iyun tarixində baş tutacaqdır.