Şabran rayon Ağsaqqallar Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən 16 iyun - Beynəlxalq Atalar Günü münasibətilə dama idman növü üzrə ata və övladlardan ibarət komandalar arasında "Atalar yarışır" adlı turnir keçirilmişdir.

Rekord.az xəbər verir ki, Beynəlxalq Atalar Gününün qeyd olunması, atalar və övladları arasında bağların gücləndirilməsinə töhfə vermək, habelə cəmiyyətdə məsuliyyətli valideynlik təcrübələrini təşviq etmək məqsədilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, atalar və övladları iştirak etmişdir.

Turnirin sonunda ata və övladlardan ibarət qalib komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.