Şabran şəhər 4 nömrəli tam orta məktəbin açıq tipli idman meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində 3x3 basketbol üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmə və gənclərin basketbol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, sağlam həyat tərzinin təbliği və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri Vüsal Alışov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in metodisti Kamran Mehtiyev, şəhər 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Zakim Cəfərov və yeniyetmə və gənc həvəskar idmançılar iştirak etmişdir.