Şabran şəhər 2 nömrəli tam orta məktəb-liseyin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında Boks idman növü üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində UGİŞM-in direktoru Zeynal Zeynalov, məşqçi-müəllimlər Rövşən Qasımov, Yasəf Quliyev və 30 nəfər həvəskar idmançı iştirak etmişdir.

“İdman hamı üçün” layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında Boks idman növü üzrə nümunəvi çıxışların keçirilməsində əsas məqsəd uşaq və yenyetmələrin idmanın bu növünə marağının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və sağlam həyat tərzinin təbliğidir.