Şabran şəhəri Lokomotiv idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə 2008, 2009 və 2010-cu il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Gənclər Gününün qeyd edilməsi, yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, cüdo idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilən yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, cüdo üzrə məşqçi-müəllimlər və idmançılar iştirak etmişdir.

50 nəfər yeniyetmə cüdoçunun mübarizə apardığı rayon birinciliyinin sonunda I, II və III yeri qazanmış idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.