Şabranda cüdo üzrə ustad dərsləri
- 15 İyl 2024 11:46
- 222
Şabran şəhəri Lokomotiv idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo idman növü üzrə kəmər sisteminin öyrədilməsi ilə bağlı ustad dərsi nümayiş olunmuşdur.
Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, İdarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, məktəbin metodisti Kamran Mehtiyev, cüdo üzrə respublikanın əməkdar məşqçisi Asif Abdullayev, məşqçi-müəllim Coşqun Abdullayev və 46 nəfər yeniyetmə idmançı iştirak etmişdir.
Uşaq və yenyetmələrin cüdo idman növünə marağının artırılması, onların bu idman növünün sirlərini dərindən mənimsəməsi, rayonda idmanın kütləviliyinə nail olunması və sağlam həyat tərzinin təbliği məqsədilə keçirilmiş idman tədbirində idmançılara cüdo idman növü üzrə kəmər sisteminin xüsusiyyətləri və qaydaları barədə ətraflı məlumat verilərək nümunələr göstərilmişdir.