Şabran rayon Ağsaqqallar Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş 10-14 yaşlı uşaq və yeniyetmə oğlan və qızlar arasında dama idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinin qeyd edilməsi, uşaq və yeniyetmələrin idmanın bu növünə marağının artırılması, onların aktiv həyata cəlb edilməsi və asudə vaxtının səmərəli təşkil olunması məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, sektorun əməkdaşları, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Şabran rayon UGİŞM-in məşqçi-müəllimləri, uşaq və yeniyetmələr iştirak etmişdir.

Yarışın sonunda müxtəlif yaş qrupları üzrə qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.