Şabran şəhər Mərkəzi stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şabran UGİM-in futbol bölməsinin U-11 və U-14 komandaları ilə Abşeron rayonunun həmyaşıd futbolçuları arasında turnir keçirilmişdir.

Rekord.az xəbər verir ki, komandalara baxış və yeniyetmələrin fiziki-texniki hazırlıqları haqqında məlumatlanmaq, həmçinin idmançıların təcrübə qazanması məqsədilə keçirilmiş yoldaşlıq görüşündə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, təlimatçı Kamran Mehtiyev, məşqçi-müəllimlər Nəriman Əzimov, Ülvi Rza və 60 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

Turnir U-11 komandaları arasında 0:1 hesabı ilə Abşeron rayon komandasının, U-14-lər arasında isə 5:1 Şabran rayon komandasının qələbəsi ilə başa çatmışdır.