Şabran şəhər Mərkəzi stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə futbol idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur.

Rekord.az xəbər verir ki, yeniyetmələrin futbol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması futbol idman növünün sirlərinin uşaq və yeniyetmələrə aşılanması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə keçirilmiş idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 25 nəfər idmançı iştirak etmişdir.