Şabran şəhəri, Bayraq Meydanında yerləşən süni örtüklü minifutbol meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 2010, 2011 və 2012-ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, 15 İyun - Milli Qurtuluş Gününün qeyd edilməsi, yeniyetmələrin minifutbol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, İdarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 40 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

4 komandanın mübarizə apardığı yarışın finalında "Mübariz" komandası "Qarabağ" komandasına 4:2 hesabı ilə qalib gələrək minifutbol üzrə Şabran rayon birinciliyinin qalibi olmuşdur.

Sonda I, II və III yeri qazanmış komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.