Şabranda "Gimnastika hamı üçün" kütləvi idman tədbiri keçirilib
- 10 Avq 2023 10:00
- 351
Şabran rayonunda yerləşən Mədəniyyət sarayının qarşısında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru, Respublikanın Əməkdar məşqçisi Zeynal Zeynalov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 50 nəfər həvəskar idmançı iştirak etmişdir.
Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin edilməsi, gimnastikaya marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.