Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 2011, 2012 və 2013-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllim, respublika və beynəlxalq yarışlarının qalibi və mükafatçısı Məmmədi Salamov və 50 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

Yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Şabran rayon birinciliyinin keçirilməsində əsas məqsəd yenyetmələrin idmanın bu növünə marağının artırılması, perspektivli idmançıların aşkar edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması, sağlam həyat tərzinin təbliği və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunmuşlar.