Şabran şəhər 4 saylı tam orta məktəbin açıq tipli idman meydançasında "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol (3x3) hamı üçün tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində məqsəd Basketbol idman növünə yeniyetmə və gənclərin marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, sağlam həyat tərzinin təbliği və idmançıların asudə vaxtının səmərəli keçirilməsidir.