Şabran rayon Mədəniyyət Sarayının qarşısında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində uşaqlar arasında əyləncəli idman oyunları keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-nin direktoru İlqar Məqami, Kamran Mehdiyev, məşqçi-müəllimlər və 40 nəfər həvəskar uşaq iştirak etmişdir.

“İdman hamı üçün” layihəsi çərçivəsində uşaqlar arasında əyləncəli idman oyunlarının keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif idman oyunlarına marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.