Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin nəzdində UGİM-in minifutbol meydançasında “İdman hamı üçün” layihəsi çərçivəsində yeniyetmələr arasında minifutbol üzrə yoldaşlıq oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması yeniyetmələrin futbol idman növünə marağının artırılması, perspektivli idmançıların aşkar edilməsi və yeniyetmələrin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in məşqçi–müəllimi Nəriman Əzimov və həvəskar idmançılar iştirak etmişdir.

Minifutbol üzrə keçirilmiş yoldaşlıq oyunlarında Şabran və Sumqayıt şəhər komandaları olmaqla 50 nəfərdən çox yeniyetmə idmançı iştirak etmişdir.