Şabran rayon Gənclər və İdman idarəsi və nəzdində fəaliyyət göstərən UGİM-in birgə təşkilatçılığı ilə şəhər Mərkəzi stadionunda “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş idmanın Atletika növü üzrə 2007-2009-ci il təvəllüdlü oğlanlar arasında rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd yeniyetmələrin asudə vaxtlarənın səmərəli təşkili və sağlamlıqlarının qorunması olmuşdur.

Yarışda yeniyetmə oğlanlardan ibarət komandalar 400m məsafəyə estafet qaçışında iştirak ediblər.

Qaliblər Şabran rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.