Şabranda “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş 2011, 2012 və 2013-cü il təvəllüdlü yeniyetmələr arasında minifutbol idman növü üzrə Şabran rayon birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, 26-28 dekabr, saat 15:00-da Şabran rayonu, Mərkəzi stadionunda baş tutacaq.