Şabranda sərbəst güləş üzrə kütləvi idman tədbiri keçirilmişdir
- 05 İyl 2024 11:21
- 260
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə kütləvi idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elmir Şəfiyev, İdarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, məktəbin metodisti Kamran Mehtiyev, məşqçi-müəllim, respublika və beynəlxalq yarışların qalibi və mükafatçısı Məmmədi Salamov və 45 nəfər yeniyetmə idmançı iştirak etmişdir.
Uşaq və yenyetmələrin sərbəst güləş idman növünə marağının artırılması, onların bu idman növünün sirlərini dərindən mənimsəməsi, rayonda idmanın kütləviliyinə nail olunması və sağlam həyat tərzinin təbliği məqsədilə keçirilmiş idman tədbirində idmançılar müxtəlif fiziki hərəkətlər etmiş, məşqçi-müəllim Məmmədi Salamov onlara sərbəst güləş idman növünün taktiki-texniki xüsusiyyətləri və yeni qaydaları barədə ətraflı məlumat verərək nümunələr göstərmişdir.