Şabran şəhər 4 nömrəli tam orta məktəbin açıq tipli idman meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Voleybol hamı üçün” kütləvi idman oyunu keçirilmişdir.

Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Vüsal Alışov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in metodisti Kamran Mehtiyev, Şabran şəhər 4 nömrəli tam orta məktəbin fiziki-tərbiyə müəllimi Zakim Cəfərov və 20 nəfər həvəskar idmançı iştirak etmişlər.

İdman tədbirinin keçirilməsində məqsəd voleybol idman növünə yeniyetmə və gənclərin marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi və yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasıdır.