Şabranda voleybol üzrə kütləvi idman tədbiri keçirilmişdir
- 15 Fev 2024 10:00
- 214
Şabran şəhər 4 nömrəli tam orta məktəbin açıq tipli idman meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elmir Şəfiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, Şabran şəhər 4 nömrəli tam orta məktəbin fiziki-tərbiyə müəllimi Zakir Cəfərov və həvəskar idmançılar iştirak etmişdir.
İdman tədbirinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin voleybol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.