![photo](https://www.rekord.az/storage/uploads/4/sadiq.jpeg)
Sadıq Sadıqov Ağsu komandasını himayəsinə götürüb
- 30 Mar 2021 12:00
- 952
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov futboldan kənarlaşdığını desə də I Divizionda mübarizə aparan “Qaradağ Lökbatan” məhz onun rəhbərlik etdiyi “Neftçi” İK-nın (keçmiş "Neftçi" İSM) sərəncamındadır.
Rekord.az xəbər verir ki, sözügedən idman klubu daha bir komandaya himayədarlıq edəcək.
Belə ki, Ağsunu təmsil edən futbol komandası da “Neftçi” İK-nun himayəsinə keçib və bundan sonra “Neftçi” adlanacaq.