Sadıq Sadıqov bacısı oğlunu klub prezidenti təyin etdi
- 23 Yan 2021 12:00
- 1160
"Neftçi"-nin sabiq prezidenti Sadıq Sadıqov bacısı oğlunu «Qaradağ Lökbatan»ın rəhbərliyinə gətirib.
Rekord.az-ın məlumatına görə, Bəbir Məmmədov I Divizion klubunun prezidenti təyin olunub.
O, bu postda Tahir Mustafayevi əvəzləyib.
Qəsəbə təmsilçisi «Neftçi» İdman Klubunun nəzdində fəaliyyət göstərir. Sadıqov «Neftçi»PFK-dan gedəndən sonra bu klubun İdarəetmə Aparatınıın sədridir. (sportinfo.az)