Sadıq Sadıqov bu halda böyük futbola qayıdacaq
- 09 Noy 2023 22:00
- 718
"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov 2024-cü ildə yenidən böyük futbola qayıda bilər.
Rekord.az xəbər verir ki, bunun üçün "Qaradağ Lökbatan"ın Premyer Liqaya gəlməs lazımdır.
Qeyd edək ki, bu məsələ hazırda I Liqada çıxış edir və itirilmiş xalların sayına görə liderdi. Komanda uğurlu çıxışını mövsüm boyu davam etdirsə elitaya gəlməsi real olacaq. "Qaradağ Lökbatan"ın tabe olduğu qurum "Neftçi" İdman Klubudur ki, bu klubun da prezidenti məhz Sadıq Sadıqovdu. Əldə etdiyimiz məlumata görə, Lökbatan təmsilçisi bunu bacarsa, Sadıqov klubun prezidenti kimi Premyer Liqaya qayıtmağa razıdır.