
Sadıqovun UFC-də rəqibi məlum oldu
- 14:00
- 46
Yüngül çəkidə azərbaycanlı döyüşçü Nazim Sadıqovun iyunun 21-də Bakıda keçiriləcək “UFC 260” debüt turnirindəki rəqibi məlum olub.
Rekord.az xəbər verir ki, 30 yaşlı idmançı braziliyalı döyüşçü Nikolas Motta ilə qarşılaşacaq.
Sadıqov sonuncu dəfə bu ilin fevralında digər braziliyalı İsmael Bonfimə texniki nokautla qalib gəlib.
Sadıqovun hesabında 10 qələbə var ki, onlardan 9-u vaxtından əvvəl əldə olunub.