Şagirdlər “Qarabağ”ın qonağı oldular
- 26 Dek 2023 17:00
- 221
Azərbaycan Diasporuna Dəstək Fondunun və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 3-cü “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin 3 cü günündə şagirdlər “Qarabağ”ın qonağı olublar.
Rekord.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov və futbolçular şagirdləri səmimiyyətlə qarşılayaraq, onlarla xatirə şəkilləri çəkdiriblər.
21-27 dekabr 2023-cü il tarixləri aralığında keçirilən düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edirlər.