İsmayıllı rayon Heydər Əliyev adına parkda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam Həyat” devizi altında məşqçi-müəllim Tərlan Vahidovun rəhbərliyi ilə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəsli zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzinin təşviq olunması,futbol idman növü marağın artırılması və asudə vaxtın idman tədbirləri vastəsilə səmərəli təşkil edilməsidir.