Azərbaycan kikboksinqçisi Elşad Şahbazov 48 aylıq diskvalifikasiya olunub.


Rekord.az AMADA-ya istinadən xəbər verir ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğunun aşkarlanması səbəb olub.


Şahbazovun sanksiyasının qüvvəyə minmə tarixi 2023-cü il oktyabrın 25-i göstərilib. Diskvalifikasiyanın müddəti 2027-ci il oktyabrın 25-də bitəcək.