Şahbuz şəhər stadionunda Çağırışyaşlı və çağırışaqədərki gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin mərhələ yarışı keçirilib.

Rekord.az xəbər verir ki, 8 komandadan ümumilikdə 40 məktəblinin qatıldığı yarışda iştirakçılar 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma, turnikdə dartınmada öz qüvvələrini sınayıb.

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası birinci yerə sahib çıxaraq muxtar respublika üzrə final mərhələsində iştirak hüququ əldə edib. Keçili və Külüs kənd tam orta məktəblərinin komandaları müvafiq ardıcıllıqla üçlüyü tamamlayıblar.