“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Şahbuzda ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində reallaşan yarışda 36 iştirakçı İsveçrə sistemi üzrə 5 turdan ibarət mübarizədə qalib olmağa çalışıb.

Sonda ilk üçlük və həvəsləndirici yer sahiblərinə diplom təqdim olunub.

Nəticələr:

Oğlanlar 

1-ci yer: Mövlud Süleymanlı

2-ci yer: Məhəmməd Babayev

3-cü yer: Vəli Quluzadə

 Qızlar 

1-ci yer: Ayan Şirinli

2-ci yer: Esli Həsənova

3-cü yer: Leyla Behbudzadə