Yenidən fəaliyyətini bərpa edən və "Region Liqası"nda mübarizə aparacaq Quba "Şahdağ"nın hazırlıqlarını Sumqayıtda keçməsi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, komanda yeni mövsümdəki ev oyunlarını da böyük ölçüdə elə bu şəhərdə keçirəcək.

İş ondadır ki,Quba Olimpiya Kompleksinin stadionu hələ tam hazır deyil. Son günlər havaların əlverişsiz, yağıntılı keçməsi işlərin tamamlanmasını yubadır. Buna mənada kompleksin istifadəyə verilməsi noyabrın ortalarına qədər uzana bilər. Məhz bu səbəbdən "Şahdağ" ev oyunlarını hələlik "Kapital Bank Arena"da keçirəcək. Artıq stadionla bununla bağlı müqavilə də imzalanıb.