II liqada Qusarı təmsil edən "Şahdağ" ev oyunlarını keçirmək üçün Quba Olimpiya İdman Kompleksinı müraciət etmişdi. Lakin sonradan Qusar təmsilçisi gözlənilmədən Şamaxıya üz tutmalı oldu.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb Quba stadionu üçün yüksək icarə haqqı tələbi olub.

Belə ki, Quba Olimpiya İdman Kompleksinin rəhbərliyi stadiondan istifadə üçün "Şahdağ"dan aylıq 5 min manat icarə haqqı tələb edib. Bu məbləğ də çox olduğundan qusarlılar Şamaxıya üz tutmalı olub. Maraq üçün deyək ki, "Şahdağ" Şamaxı stadionundan istifadə üçün aylıq 2 min manat icarə haqqı ödəyir.