"Şahdağ"da prezidentin ardından baş məşqçi də getdi
- 07 Dek 2019 17:00
- 1358
"Region Liqası"nda yarışan Quba "Şahdağ"nın prezidenti Xanbaba Daşlının postundan istefa verməsi haqda məlumat vermişdik. Buna səbəb isə mövsümün əvvəlində komandaya maddi kömək edəcəklərinə dair söz verən Quba rəhbərliyinin və yerli iş adamlarının sözünü tutmaması oldu. Yəni meydanda tək qalan prezident maddi sıxıntıya çarə tapmayınca getməyə qərar verdi. Bununla belə kənardan komandaya bacardığı köməyi edirdi. Xüsusilə də türk baş məşqçi İbrahim Uzuncanın maaşını cibindən verirdi.
Lakin Rekord.az xəbər verir ki, bu da uzun sürməyib.
Geniş maddi imkanları olmayan Daşlı klub prezidentinin maaşını qarşılamaqda da çətinlik çəkib. Vəziyyət belə olunca türkiyəli məşqçi də "Şahdağ"dan ayrılmağa qərar verib.