"Şahdağ"ın hədəfi: I liqa, Premyer Liqa
- 19 Dek 2023 12:00
- 410
Hazırda II Liqada mübarizə aparan Qusarın "Şahdağ" komandasının hədəfləri məlum olub.
Rekord.az xəbər verir ki, komanda rəhbərliyi gələcəyə hesablanmış 3 illik plan qurub.
Plana əsasən komanda öncə II Liqada qalib olub I Liqata yüksəlməli, növbəti il isə I Liqada çempion olub elitaya yüksəlməkdi. Hazırda "Şahdağ" II Liqada 30 xalla 2-ci pillədə qərarlaşıb və lider "Baku Sportinq"dən 7 xal geri qalır. Əgər komanda bu fərqi aradan qaldırıb çempion olsa və I Liqaya yüksəlsə, rəhbərlik büdcəni 2 dəfədən çox artıracaq.