Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkil etdiyi “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi" davam edir. "Rekord.az" xəbər verir ki, avqustun 14-də Voleybol Mərkəzində start götürən düşərgənin üçüncü günündə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev və baş katib Faiq Orucov Voleybol Mərkəzində olublar.

Şahin Bağırov düşərgəyə seçilən uşaqlarla, düşərgəyə rəhbərlik edən mütəxəssis Şahin Çatma və ona kömək edən yerli məşqçilərlə görüşüb. Federasiya rəhbərliyinə uşaqların məşq proqramı haqqında məlumat verilib. Qonaqlar məşqi izləyib, uşaqlarla səmimi söhbət ediblər. Ş.Bağırov bildirib ki, bu gün federasiyanın əsas məqsədi bütün yaş qrupları üzrə keçirilən beynəlxalq yarışlarda iştirak etmək və yaxın zamanlarda böyük uğurlar əldə etməkdir.

Sonda xatirə şəkli çəkilib.