Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və türkiyəli mütəxəssis Şahin Çatma gənc qızlardan ibarət yığma komandamızın məşqində olublar. "Rekord.az" xəbər verir ki, Ş.Çatma seleksiya xarakterli bu məşqdə gənc voleybolçularla bağlı müvafiq qeydlərini aparıb.
Qeyd edək ki, Voleybol Mərkəzində baş tutan məşqi həmçinin federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov və digər əməkdaşlar izləyiblər.