Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, AVF-nin vitse prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katibi Faiq Orucov Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək kişi voleybolçulardan ibarət milli komandamızın məşqçilər heyəti və oyunçularla görüşüb. "Rekord.az" xəbər verir ki, AVF rəhbərliyi komandamızın GİN-in Voleybol Mərkəzində baş tutan məşqini də izləyib.

Qeyd edək ki, yığmamız qitə birinciliyinin seçmə mərhələsində mübarizəyə avqustun 17-də başlayacaq. Həmin gün komandamız Avstriya millisinin qonağı olacaq. Növbəti oyunumuz isə bir həftə sonra Bakıda keçiriləcək. Avqustun 24-də millimiz Belçika yığması ilə qarşılaşacaq.