Son turda səfərdə "Kəpəz"i məğlub edən "Səbail"in baş məşqçisi Şahin Diniyev Gəncədə gözəl jestlə yadda qalıb.

Rekord.az xəbər verir ki, ikinci hissəsinin gedişində "Səbail"in ehtiyat oyunçular skamyasının arxasına yaxınlaşan azyaşlı gəncəli bir azarkeş əynində olan köynəyi Diniyevə imzalatmaq istədiyini bildirib.

Təcrübıli məşqçi isə oyun gedə-gedə dəmir hasarın altından formanı alaraq ehtiyat oyunçular skamyanında imzalayıb və uşağa qaytarlb.