“Zirə” transfer bazarındakı susqunluğu pozub. Baş məşqçi Zaur Həşimovu istefaya göndərən klub yerli bazarda fəallıq göstərməyə çalışır.

Rekord.az xəbər verir ki, qəsəbə təmsilçisi “Keşlə”dən ayrılan Tural Bayramlını heyətinə qatıb.

Rəsmi açıqlama verilməsə də, limit oyunçusu ilə birillik müqavilənin razılaşdırıldığı dəqiqdi.

“Qartallar”ın prinsipial razılıq əldə etdiyi digər oyunçu Kərim Diniyevdi. “Sabah”ın xidmətinə ehtiyac duymadığı müdafiəçinin “Keşlə”yə keçəcəyi gözlənilsə də, “Zirə” daha cəld tərpənib. (futbolinfo.az)