“Şah”ın “Grand Chess Tour”dakı qazancı bilindi
- 31 Avq 2022 16:45
- 460
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent Luis şəhərində keçirilmiş “Grand Chess Tour”un 4-cü mərhələsindən qazancı açıqlanıb.
Rekord.az xəbər verir ki, turniri 6-cı sırada bitirən 37 yaşlı qrossmeyster 11 min dollara sahib çıxıb.
Məmmədyarov “Grand Chess Tour”un ümumi sıralamasında 10 xalla 8-cidir. O, ümumilikdə bu yarışdan 32,250 dollar əldə edib.
“Grand Chess Tour”un 5-ci mərhələsi olan “Sinquefield Cup” 1-13 sentyabrda Sent Luisdə keçiriləcək.