Rusiyalı Yan Nepomnyaşi ilə çinli Din Liren arasında şahmat tacı uğrunda görüşün keçiriləcəyi yer müəyyənləşib.

Rekord.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma bu il aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq.

Yeni dünya çempionunu müəyyənləşdirəcək görüşün mükafat fondu 2 milyon avrodur. Qalib bu məbləğin 60%-ni, uduzan isə 40%-ni alacaq.

Qeyd edək ki, norveçli dünya çempionu Maqnus Karlsen İddiaçılar Turnirinin son qalibi olan Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda oyundan imtina edib.