Siyəzən Gənclər Evində 26 İyul - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş gənclər arasında şahmat idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər təşkilatçılığı keçirilən yarışda 30-a yaxın gənc şahmatçı mübarizə aparıb.

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinin qeyd olunması, şahmat oyununun gənclər arasında təbliği və kütləviliyinə nail olunması və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

2 gün davam edən yarışın nəticəsinə əsasən oğlanlar arasında Kərimli Elman I , Rəfiyev Nicat II və Allahverdiyev Amid isə III yeri qazanmışdır. Qızların yarışında isə Həsənova Qızılgül I, Zərbəliyeva Fidan II və Dadaşova Könül isə III yeri tutmuşdur.

Yer tutan gənc şahmatçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif ediliblər.