Şahmatçılarımızdan bir qələbə, bir heç-heçə
- 13 Sen 2024 23:27
- 254
Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur başa çatıb.
Rekord.az xəbər verir ki, ölkəmizin kişilərdən ibarət yığması 3-cü turda Moldova komandasını məğlub edib – 3:1.
Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qələbə qazanıb, Nicat Abasovla Məhəmməd Muradlı heç-heçə oynayıb.
Qadınlardan ibarət Azərbaycan millisi isə Argentina ilə bərabərə qalıb. Günay Məmmədzadə və Xanım Balacayeva turu heç-heçə başa vurub. Gülnar Məmmədova qələbə qazandığı halda Ülviyyə Fətəliyeva məğlub olub.