Şahmatçılarımızdan iki qələbə, bir heç-heçə
- 06 İyn 2024 14:30
- 385
Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında 4-cü tur sona çatıb.
Rekord.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Nərmin Abdinova ağ fiqurlarla qazaxıstanlı Liya Kurmanqaliyevaya, Səbinə Rzalı isə qara fiqurlarla hindistanlı Şanmati Srinə qalib gəlib.
Ağ fiqurlarla oynayan Ayan Allahverdiyeva ermənistanlı Məryəm Mkrtçyan ilə heç-heçə edib.
4 turdan sonra Nərmin Abdinova maksimum nəticə ilə vahid lider olub. Aktivində 3,5 xal olan A.Allahverdiyeva 2-10-cu, S.Rzalı isə 2,5 xalla 24-38-ci yerləri bölüşdürür.